Venesuelanın XİN rəhbəri Azərbaycana təşəkkür etdi

18:51 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelanın xarici işlər naziri  İvan Gil Pinto ölkəsindəki zəlzələ ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Hafta.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.

“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, - nazir bildirib.

Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.